Azərbaycanda alüminium məmulatları istehsalı 30,4% artıb

Azərbaycanda alüminium məmulatları istehsalı 30,4% artıb

BİZNES
288

2026-cı ilin yanvar-fevral aylarında Azərbaycanda 11,8 min ton alüminium məmulatları istehsal edilib.

Fins.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,7 min ton və ya 30,4% çoxdur.

Martın 1-i vəziyyətinə sənaye müəssisələrinin anbarlarında hazır alüminium məmulatlarının ehtiyatı 3,7 min ton təşkil edib.

Ümumilikdə, metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsal sahələrində yanvar-fevral aylarında 231 milyon manatlıq məhsul istehsal olunub. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə metallurgiya məhsullarının istehsalında 1,9%, hazır metal məmulatlarının istehsalında isə 20,5% azalma qeydə alınıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda alüminium məmulatları istehsalı 30,4% artıb — Fins.az — Fins.az