Azərbaycanda alüminium məmulatlarının istehsalı 8,1% artıb

Azərbaycanda alüminium məmulatlarının istehsalı 8,1% artıb

BİZNES
454

2026-cı ilin yanvar–mart aylarında Azərbaycanda 16,8 min ton alüminium məmulatları istehsal edilib.

Fins.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 1,3 min ton və ya 8,1% artım deməkdir.

Məlumata əsasən, 2026-cı il aprelin 1-i vəziyyətinə sənaye müəssisələrinin anbarlarında 3,6 min ton hazır alüminium məmulatları ehtiyatı mövcud olub.

Ümumilikdə, metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı sahələrində 2026-cı ilin yanvar–mart aylarında 363,7 milyon manatlıq məhsul istehsal edilib.

Qeyd olunan dövrdə metallurgiya sənayesində məhsul istehsalı 7,6% artım göstərib, hazır metal məmulatları istehsalı sahəsində isə 16,8% azalma qeydə alınıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda alüminium məmulatlarının istehsalı 8,1% artıb — Fins.az — Fins.az