Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı 4,2% artıb

Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı 4,2% artıb

BİZNES
236

Azərbaycanda aktiv əlavə dəyər vergisi (ƏDV) ödəyicilərinin sayı artım nümayiş etdirib.

Fins.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.

Məlumata əsasən, bu ilin iyunun 1-nə ölkədə aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 2,7 faiz artaraq 882.906 olub.

Eyni dövrdə aktiv ƏDV ödəyicilərinin sayı 4,2 faiz artaraq 60.847 təşkil edib.

Hesabat dövründə aktiv təsərrüfat subyektlərinin (obyektlərinin) sayı da artım göstərib.

Belə ki, obyektlərin sayı 3,9 faiz artaraq 241.842-yə çatıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı 4,2% artıb — Fins.az — Fins.az