
Azərbaycanda açılan iş yerləri-HANSI BÖLGƏDƏ NEÇƏ İŞ YERİ AÇILIB
Ötən il ölkədə 192 min yeni iş yeri açılıb
Fins.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat verib
Məlumatda bildilir ki,həmin iş yerlərinin 27 faizi qeyri-dövlət sektorunda olub. Yeni iş yerlərinin 55,5 faizi Bakı şəhərinin, 1,7 faizi Naxçıvan Muxtar Respublikasının, 42,8 faizi digər regionların, o cümlədən 16,3 faizi Aran, 6,9 faizi Gəncə-Qazax, 5,9 faizi Lənkəran, 3,6 faizi Abşeron, 3,3 faizi Şəki-Zaqatala, 2,4 faizi Dağlıq Şirvan, 2,2 faizi Yuxarı Qarabağ, 2,1 faizi Quba-Xaçmaz, 0,1 faizi isə Kəlbəcər-Laçın iqtisadi rayonlarının payına düşüb.