Azərbaycanda AÇG qaz tədarükü və iştirak payları açıqlanıb

Azərbaycanda AÇG qaz tədarükü və iştirak payları açıqlanıb

BİZNES
330

2026-cı ilin birinci rübündə Azərbaycanın “Azəri–Çıraq–Günəşli” (AÇG) yatağından dövlətə səmt qazı tədarükü gündə təxminən 12 milyon kubmetr, ümumilikdə isə təxminən 1 milyard kubmetr təşkil edib.

Fins.az-ın bp şirkətinə istinadən verdiyi məlumata görə, səmt qazı AÇG yatağından Azərbaycan dövlətinə əsasən Səngəçal terminalı vasitəsilə, həmçinin “Neft Daşları”ndakı qurğu ilə təhvil verilib. Hasil edilən qazın qalan hissəsi isə yataqda təzyiqin saxlanılması məqsədilə yenidən kollektora vurulub.

Müqayisə üçün qeyd olunur ki, 2025-ci ilin birinci rübündə gündəlik təchizat 11 milyon kubmetr təşkil edib. Bu isə illik ifadədə 9% artım deməkdir.

AÇG yatağı üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin podratçı tərəfləri adından “BP Exploration (Caspian Sea) Limited” şirkəti operator funksiyasını icra edir.

AÇG yatağında iştirak payları isə bp (operator – 30,37%), SOCAR (35,30%), MOL (9,57%), INPEX (9,31%), ExxonMobil (6,79%), TPAO (5,73%) və ONGC Videsh (2,92%) şirkətləri arasında bölünüb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda AÇG qaz tədarükü və iştirak payları açıqlanıb — Fins.az — Fins.az