Azərbaycana yeyinti məhsullarının idxalı 23%-ə qədər ARTIB

Azərbaycana yeyinti məhsullarının idxalı 23%-ə qədər ARTIB

BİZNES
1,277

2022-ci ilin 11 ayı ərzində Azərbaycana 2 milyard 88 milyon 142 min dollar dəyərində yeyinti məhsulları idxal edilib.

"Fins.az" xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayımlayıb. 
Məlumata görə, 2021-ci ilin eyni dövrü ilə müqayisədə yeyinti məhsullarının idxalı (statistik dəyər ifadəsi ilə) 386 milyon 523 min dollar və ya 22,7% artıb.

Qeyd edək ki, 2021-ci ilin 11 ayı ərzində Azərbaycana 1 milyard 701 milyon 620 min dollar dəyərində, 2021-ci ilin 12 ayı ərzində isə 1 milyard 929 milyon 891 min dollar dəyərində yeyinti məhsulları idxal edilmişdi.

Yeyinti məhsullarının dəyərinin artmasına qiymətlərin yüksəlməsi də öz təsirini göstərib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycana yeyinti məhsullarının idxalı 23%-ə qədər ARTIB — Fins.az — Fins.az