Azərbaycana kondisionerlərin idxalı 25% azalıb

Azərbaycana kondisionerlərin idxalı 25% azalıb

BİZNES
475

2020-ci ilin yanvar-iyun aylarında Azərbaycana kondisionerlərin idxalı 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 24,7% azalaraq 104,6 min ədəd təşkil edib.

Hesabat dövründə respublikaya gətirilən kondisionerlərin ümumi dəyəri 25 milyon 419.7 min ABŞ dolları (azalma 23.1%) olaraq qiymətləndirilir.

Hesabat dövründə Azərbaycan, həmçinin 53 milyon 39.9 min dollar (artım 50%) məbləğində 301.3 min ədəd kompüter, blok və qurğu (artım 23.1%) idxal etdi.

Bundan əlavə, hesabat dövründə Azərbaycana paltaryuyan maşınların idxalı 4,8% azalaraq 82 846 ədəd təşkil etmişdir ki, bunun da ümumi dəyəri 15.912.400 $ (azalma 1.3%) qiymətləndirilir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycana kondisionerlərin idxalı 25% azalıb — Fins.az — Fins.az