
Azərbaycana kondisioner idxalı 37% artıb
2022-ci ilin yanvar-avqust aylarında Azərbaycana kondisioner idxalı 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 36,8% - 179,555 min ədədə qədər artıb.
"Fins.az" xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat yayımlayıb.
Hesabat dövründə Azərbaycana gətirilmiş kondisionerlərin ümumi dəyəri $56 milyon 949,8 min məbləğində (artım 69,1%) qiymətləndirilir.
Yanvar-avqust aylarında Azərbaycana $81 milyon 827,2 min dəyərində (artım 0,4%) 343,883 min ədəd (azalma 28,4%) hesablama maşını, blok və qurğusu idxal olunub.
Bundan başqa, qeyd olunan dövrdə paltaryuyan maşınların idxalı 33,3% - 97,008 min ədədə qədər azalıb. İdxalın ümumi dəyəri $23 milyon 658,1 min (azalma 24,3%) təşkil edir