Azərbaycan Xorvatiyaya 162,7 milyon dollarlıq neft ixrac edib

Azərbaycan Xorvatiyaya 162,7 milyon dollarlıq neft ixrac edib

BİZNES
218

Fins.az – 2026-cı ilin yanvar-may aylarında Azərbaycandan Xorvatiyaya 162,7 milyon ABŞ dolları dəyərində 276,3 min ton bitumlu süxurlardan əldə edilmiş neft və neft məhsulları ixrac olunub.

Dövlət Gömrük Komitəsinin dərc etdiyi "Azərbaycanın xarici ticarətinin gömrük statistikası"na əsasən, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə dəyər ifadəsində 246,2 milyon ABŞ dolları və ya 60,2%, fiziki həcm baxımından isə 468,4 min ton və ya 62,9% azdır.

Məlumata görə, 2025-ci ilin yanvar-may aylarında Azərbaycandan Xorvatiyaya 408,9 milyon ABŞ dolları dəyərində 744,7 min ton bitumlu süxurlardan əldə edilmiş neft və neft məhsulları ixrac edilib.

Hesabata əsasən, cari ilin yanvar-may aylarında Azərbaycandan dünya ölkələrinə ümumilikdə 5,121 milyard ABŞ dolları dəyərində 8,828 milyon ton bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac olunub.

Bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 522 milyon ABŞ dolları və ya 9,2%, fiziki həcm baxımından isə 1,535 milyon ton və ya 14,8% azalıb.

Qeyd edək ki, 2026-cı ilin yanvar-may aylarında Azərbaycan neftinin əsas idxalçıları arasında İtaliya 5,339 milyon ton və 3,021 milyard ABŞ dolları ilə birinci yerdə qərarlaşıb. Sonrakı yerlərdə Rumıniya (461,3 min ton, 247,8 milyon ABŞ dolları) və Çexiya (433,1 min ton, 245,7 milyon ABŞ dollarından çox) yer alıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycan Xorvatiyaya 162,7 milyon dollarlıq neft ixrac edib — Fins.az — Fins.az