Azərbaycan xarici ticarət dövriyyəsi 2,9% artıb

Azərbaycan xarici ticarət dövriyyəsi 2,9% artıb

BİZNES
315

2026-cı ilin yanvar–aprel aylarında Azərbaycanın xarici ölkələrlə apardığı ticarət əməliyyatlarının həcmi 17,403 milyard ABŞ dolları təşkil edib.

Fins.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Rəqəmlərə əsasən, xarici ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 485 milyon ABŞ dolları və ya 2,9 faiz artıb.

Hesabat dövründə xarici ticarət dövriyyəsinin 11,9 milyard ABŞ dolları ixracın, 5,5 milyard ABŞ dolları isə idxalın payına düşüb.

Məlumata görə, son bir il ərzində ixrac 3,1 milyard ABŞ dolları və ya 35,2 faiz artıb, idxal isə 2,6 milyard ABŞ dolları və ya 32,1 faiz azalıb.

Nəticədə xarici ticarətdə 6,354 milyard ABŞ dolları həcmində müsbət saldo formalaşıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 5,7 milyard ABŞ dolları və ya 9,7 dəfə artım deməkdir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycan xarici ticarət dövriyyəsi 2,9% artıb — Fins.az — Fins.az