Azərbaycan “WorldFood Moscow 2020” sərgisində iştirak edəcək

Azərbaycan “WorldFood Moscow 2020” sərgisində iştirak edəcək

BİZNES
442

“WorldFood Moscow 2020” sərgisində Azərbaycanın 30-dan çox şirkəti “Made in Azerbaijan” brendi altında vahid milli stenddə təmsil olunacaq.

Azərbaycanın Rusiya Federasiyasındakı Ticarət Nümayəndəliyindən fins.az-a bildiriblər ki, sentyabrın 22-25-də “Crocus Expo” Beynəlxalq Sərgi Mərkəzində “WorldFood Moscow 2020” sərgisi keçiriləcək. “WorldFood Moscow 2020” builki uzun və mürəkkəb pandemiya dövründən sonra Azərbaycanın iştirak etdiyi ilk sərgidir. 30-dan artıq Azərbaycan şirkəti “Made in Azerbaijan” brendi altında vahid milli stenddə təmsil olunacaq.

“WorldFood Moscow” – Rusiyada ərzaq məhsullarının dünya səviyyəli ən iri payız sərgisidir. Dünyanın hər yerindən olan istehsalçılar bu il öz məhsullarını 64 milli ekspozisiyada nümayiş etdirəcəklər.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycan “WorldFood Moscow 2020” sərgisində iştirak edəcək — Fins.az — Fins.az