Azərbaycan və Pakistan biznes əlaqələrini genişləndirəcək

Azərbaycan və Pakistan biznes əlaqələrini genişləndirəcək

BİZNES
1,200

İxracın və İnvestisiyaların Təşviqi Agentliyi - AZPROMO və "Global Business Aliance"nın birgə təşkilatçılığı ilə Azərbaycan-Pakistan biznes forumu keçirilib.

Biznes forumda hər iki ölkədən rəsmi şəxslərlə yanaşı, sənaye, qida, əczaçılıq, turizm, tekstil kimi sahələrdə fəaliyyət göstərən 60-dan çox sahibkar iştirak edib.

Forum çərçivəsində "Global Business Aliance" və Pakistan-Azərbaycan İqtisadi Əməkdaşlıq Palatası (PAKAZCHAM) arasında Anlaşma Memorandumu imzalanıb.

Forumda iş adamları arasında ikitərəfli görüşlər təşkil olunub. Tədbirin məqsədi iki ölkənin sahibkarları arasında əlaqələrin gücləndirilməsidir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycan və Pakistan biznes əlaqələrini genişləndirəcək — Fins.az — Fins.az