Azərbaycan və Meksika arasındakı ticarət dövriyyəsi 50%-dən çox artıb-ÜMUMİ MƏBLƏĞ

Azərbaycan və Meksika arasındakı ticarət dövriyyəsi 50%-dən çox artıb-ÜMUMİ MƏBLƏĞ

BİZNES
579

Bu ilin yanvar-fevral aylarında Azərbaycanla Meksika arasındakı ticarət dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 56,67% artıb. Ötən ilin fevral ayı ilə müqayisədə isə ticarət dövriyyəsində 370%-lik artım qeydə alınıb.

Bu barədə  Meksikanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin məlumatına görə, bununla Meksika Latın Amerikası ölkələri arasında Azərbaycanın əsas ticarət tərəfdaşı olub.

“Cari ilin ilk iki ayı Meksika və Azərbaycan arasındakı ikitərəfli ticarət üçün xüsusən məhsuldar olub. Bu tendensiyanın qorunacağı təqdirdə Meksika-Azərbaycan ticarəti 2020-ci ildə tarixi pik nöqtəsinə - 80 milyon ABŞ dollarına çata bilər”, - səfirlikdən bildiriblər.
(c)Report

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycan və Meksika arasındakı ticarət dövriyyəsi 50%-dən çox artıb-ÜMUMİ MƏBLƏĞ — Fins.az — Fins.az