Azərbaycan və Əlcəzair arasında biznes məsləhətləşmələri aparılacaq

Azərbaycan və Əlcəzair arasında biznes məsləhətləşmələri aparılacaq

BİZNES
276

“Bu gün imzalanan sənədlər aktiv əməkdaşlığı növbəti mərhələyə çıxaracaq”.

Bunu xarici işlər naziri Ceyhun Bayramovla görüşdən sonra keçirilən mətbuat konfransında Əlcəzair Xalq Demokratik Respublikasının xarici işlər və xaricdəki milli icma naziri, Əlcəzair Prezidentinin xüsusi nümayəndəsi Ramtan Lamamra bildirib

Ramtan Lamamra deyib ki, Azərbaycan və Əlcəzair arasında biznes məsləhətləşmələri aparılacaq: “Bu məsləhətləşmələrin iqtisadi əlaqələrin inkişafına təkan verəcəyinə inanırıq. Bu da hər iki ölkənin xalqlarının maraqlarına uyğundur”.

XİN başçısı qeyd edib ki, Azərbaycanın mətbuat nümayəndələrini də ölkələrinə dəvət edir: “Hər iki ölkənin siyasi iradəsi daha yüksək səviyyədə səfərlərin təşkilinə təkan verəcək. Bu da daha geniş müstəvidə əməkdaşlığa təkan verəcək. Bu aspektdə dostluq assosiasiyaları da yarana bilər”.

© APA

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycan və Əlcəzair arasında biznes məsləhətləşmələri aparılacaq — Fins.az — Fins.az