Azərbaycan və BƏƏ qarşılıqlı investisiya qoyuluşunu kəskin artırıblar

Azərbaycan və BƏƏ qarşılıqlı investisiya qoyuluşunu kəskin artırıblar

BİZNES
216

Bu ilin I rübündə Azərbaycan Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) iqtisadiyyatına 65,8 milyon ABŞ dolları investisiya yatırıb.

“Report” Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,9 dəfə çoxdur.

Hesabat dövründə Azərbaycanın BƏƏ-nin iqtisadiyyatına investisiya qoyuluşunun ümumi investisiyalarda payı 7,8 %-dən 19,9 %-ə çatıb.

Yanvar-mart aylarında BƏƏ isə Azərbaycan iqtisadiyyatına 190,7 milyon ABŞ dolları investisiya yatırıb. Bu isə 1 il əvvələ nisbətən 3,5 dəfə çoxdur.

İl ərzində BƏƏ-nin Azərbaycanın iqtisadiyyatına investisiya qoyuluşunun ümumi investisiyalarda payı 3,6 %-dan 12,6 %-a çatıb.

 

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycan və BƏƏ qarşılıqlı investisiya qoyuluşunu kəskin artırıblar — Fins.az — Fins.az