Azərbaycan və ABŞ payızda Vaşinqtonda iqtisadi əməkdaşlığln genişləndirilməsi məsələlərini müzakirə edəcək

Azərbaycan və ABŞ payızda Vaşinqtonda iqtisadi əməkdaşlığln genişləndirilməsi məsələlərini müzakirə edəcək

BİZNES
721

2020-ci ilin payızında Vaşinqtonda iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-ABŞ Komissiyanın növbəti keçiriləcək.

Fins.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyindən məlumat verilir.

“Maliyyə naziri Samir Şərifov Vaşinqtonda ABŞ-ın dövlət katibinin iqtisadiyyat və biznes məsələləri üzrə köməkçisinin birinci müavini və Azərbaycan-ABŞ İqtisadi Tərəfdaşlıq Komissiyasının ABŞ tərəfindən həmsədri Peter Xaas ilə də görüşüb. Görüşdə Hökumətlərarası Komissiyanın payızda Vaşinqtonda növbəti iclasının keçirilməsi və iqtisadi əməkdaşlıq çərçivəsində qarşılıqlı maraq kəsb edən digər məsələlər müzakirə edilib”, - nazilriyin məlumatında deyilir.

ABŞ-Azərbaycan İqtisadi Tərəfdaşlıq Komissiyası hər iki ölkənin hökumətləri arasında imzalanmış müvafiq memorandum əsasında yaradılıb. Komissiyanın birinci iclası 2007-ci il fevralın 7-də Bakıda keçirilib. Komissiyanın sonuncu iclası 2019-cu ilin may ayında Bakı şəhərində keçirilib.

 

 

 

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycan və ABŞ payızda Vaşinqtonda iqtisadi əməkdaşlığln genişləndirilməsi məsələlərini müzakirə edəcək — Fins.az — Fins.az