Azərbaycan vasitəsilə Ermənistana alüminium və taxıl göndərilib

Azərbaycan vasitəsilə Ermənistana alüminium və taxıl göndərilib

BİZNES
211

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti yük daşımaları həyata keçirilib.

Fins.az xəbər verir ki, bu dəfə 10 vaqondan ibarət, ümumi çəkisi 700 ton olan taxıl yükləri yola salınıb.

Məlumata görə, eyni zamanda 2 vaqondan ibarət, ümumi çəkisi 133 ton olan alüminium məhsulları da tranzit qaydasında daşınır. Bildirilir ki, alüminium yükləri bu marşrut üzrə ilk dəfə göndərilir.

Yüklər Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə yola salınıb.

Xatırladaq ki, Prezident İlham Əliyev 2025-ci il oktyabrın 21-də Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə birgə bəyanat zamanı Azərbaycanın Ermənistana yük tranziti ilə bağlı mövcud bütün məhdudiyyətləri aradan qaldırdığını bildirib.

Həmin dövrdən etibarən Azərbaycan ərazisindən keçməklə Ermənistana müxtəlif növ yüklərin daşınması həyata keçirilir.

Ermənistana göndərilən əsas yüklər

Son aylarda tranzit marşrutu vasitəsilə Ermənistana:

  • Qazaxıstan və Rusiya taxılı,

  • Aİ-92 və Aİ-95 markalı avtomobil benzini,

  • dizel yanacağı,

  • gübrə məhsulları,

  • qarabaşaq yarması

daşınıb.

May ayında isə tranzit daşımalar daha da intensivləşib. Belə ki, mayın 3-də 536 ton, mayın 4-də 678 ton gübrə, mayın 6-da isə 271 ton gübrə və 275 ton taxıl Ermənistana göndərilib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycan vasitəsilə Ermənistana alüminium və taxıl göndərilib — Fins.az — Fins.az