
Azərbaycan ÜDM-i 2024-cü ilə qədər nə qədər artacaq?
2021-ci il və ortamüddətli dövrdə iqtisadi artım templərinin nisbətən bərpa edilməsi ilə Azərbaycanda ÜDM-in həcmi 2024-cü ildə 89,5 mlrd. manata qədər artacaq.
Fins.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayımlayıb
Məlumata görə, qeyri-neft ÜDM növbəti ildə 3,5% real artımla 53,6 mlrd. manat təşkil edəcəyi gözlənilir. 2021-ci ildə sahə strukturuna görə ümumi daxili məhsulun pay bölgüsündə ən böyük (33,2%) çəkiyə malik sənayedə 25 mlrd. manatlıq, kənd təsərrüfatında 5,6 mlrd. manatlıq (xüsusi çəkisi 7,4%), tikintidə 5,7 mlrd. manat, xidmətlərin istehsalında isə 31,8 mlrd. manat həcmində əlavə dəyər istehsal ediləcəyi gözlənilir. Məhsula və idxala xalis vergilər ÜDM-in strukturunda 9,7%-ə bərabər xüsusi çəkiyə malik olmaqla 7,3 mlrd. manat təşkil edəcək.