Azərbaycan Türkiyənin ikinci ən böyük qaz təchizatçısı olaraq qalıb

Azərbaycan Türkiyənin ikinci ən böyük qaz təchizatçısı olaraq qalıb

BİZNES
114

Azərbaycan 2026-cı ilin may ayında da Türkiyənin ikinci ən böyük təbii qaz təchizatçısı mövqeyini qoruyub.

Fins.az xəbər verir ki, Türkiyənin Enerji Bazarının Tənzimlənməsi İdarəsinin (EPDK) məlumatlarına əsasən, may ayında Azərbaycandan Türkiyəyə 1,034 milyard kubmetr təbii qaz ixrac olunub. Bu göstərici ötən ilin eyni ayı ilə müqayisədə 2,17% azdır.

Hesabata görə, Rusiya 1,271 milyard kubmetr qaz tədarükü ilə ilk sırada qərarlaşıb. İran isə 951,25 milyon kubmetr ixracla üçüncü yeri tutub.

May ayında Türkiyənin ümumi təbii qaz idxalı illik müqayisədə 2,95% artaraq 3,644 milyard kubmetrə çatıb. Bunun 3,256 milyard kubmetri boru kəmərləri, 387,49 milyon kubmetri isə LNG hesabına təmin edilib.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı ilin yanvar-iyun aylarında Azərbaycan 12,431 milyard kubmetr təbii qaz ixrac edib. Həcm ötən ilin eyni dövrü ilə müqayisədə 0,5% artsa da, ixracın dəyəri 9,6% azalaraq 4,106 milyard ABŞ dolları təşkil edib.

Bundan əlavə, 2026-cı il iyunun 30-dək TANAP vasitəsilə ümumilikdə 99,6 milyard kubmetr Azərbaycan qazı nəql olunub ki, bunun 39,6 milyard kubmetri Türkiyəyə tədarük edilib. Azərbaycanın "Abşeron" yatağından hasil olunan qazın Türkiyəyə uzunmüddətli tədarükü ilə bağlı SOCAR, TotalEnergies, XRG və BOTAŞ arasında da saziş imzalanıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycan Türkiyənin ikinci ən böyük qaz təchizatçısı olaraq qalıb — Fins.az — Fins.az