Azərbaycan şəkər ixracını əhəmiyyətli dərəcədə artırıb

Azərbaycan şəkər ixracını əhəmiyyətli dərəcədə artırıb

BİZNES
278

2026-cı ilin yanvar–mart aylarında Azərbaycandan 27,9 milyon ABŞ dolları dəyərində 42,5 min ton şəkər ixrac edilib.

Fins.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 21,7 milyon ABŞ dolları və ya 4,5 dəfə, həcm baxımından isə 33,4 min ton və ya 4,7 dəfə artım deməkdir.

Məlumata görə, şəkər ixracı 2026-cı ilin yanvar–mart aylarında Azərbaycanın ümumi məhsul ixracında 0,52%, qeyri-neft sektoru üzrə ixracında isə 3,24% paya malik olub.

Eyni zamanda, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, cari ilin ilk rübündə ölkədə 75,9 min ton şəkər və qənd istehsal edilib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 9,7 min ton və ya 14,6% çoxdur.

Bununla yanaşı, 2026-cı ilin aprelin 1-i vəziyyətinə ölkədə sənaye müəssisələrinin anbarlarında 14,1 min ton hazır şəkər ehtiyatı mövcud olub.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycan şəkər ixracını əhəmiyyətli dərəcədə artırıb — Fins.az — Fins.az