Azərbaycan Portuqaliyaya 319,4 min ton neft ixrac edib

Azərbaycan Portuqaliyaya 319,4 min ton neft ixrac edib

BİZNES
86

2026-cı ilin yanvar-aprel aylarında Azərbaycandan Portuqaliyaya 169 milyon ABŞ dolları dəyərində bitumlu süxurlardan əldə edilmiş 319,4 min ton xam neft və neft məhsulları ixrac edilib.

Fins.az Azərbaycanın Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 21 milyon ABŞ dolları və ya 11%, fiziki həcm baxımından isə 34,6 min ton və ya 9,8% azalma deməkdir.

Məlumata görə, 2025-ci ilin yanvar-aprel aylarında Azərbaycandan Portuqaliyaya 190 milyon ABŞ dolları dəyərində 354 min ton neft və neft məhsulları ixrac olunub.

Qeyd edək ki, cari ilin yanvar-aprel aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi 17,403 milyard ABŞ dolları təşkil edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 485 milyon ABŞ dolları və ya 2,9% artım deməkdir.

Xarici ticarət dövriyyəsinin ümumi həcmindən 11,9 milyard ABŞ dolları ixracın, 5,5 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son bir ildə ixracın həcmi 3,1 milyard ABŞ dolları və ya 35,2% artdığı halda, idxalın həcmi 2,6 milyard ABŞ dolları və ya 32,1% azalıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycan Portuqaliyaya 319,4 min ton neft ixrac edib — Fins.az — Fins.az