
Azərbaycan peykdən nə qədər gəlir əldə edib- MƏBLƏĞ AÇIQLANIB
Bu ilin yanvar-fevral ayında "Azərkosmos" ASC tərəfindən dünyanın 22 ölkəsinə 8,4 mln. ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya və optik peyk xidmətləri) ixrac edilib.
Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən fins.az-a məlumat verilib
Bildilib ki, “Azərkosmos” ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 90%-ni təşkil edib. “Azərkosmos” ASC-nin 2020-ci ilin yanvar-fevral aylarında xidmət ixracı həyata keçirdiyi əsas ölkələr ABŞ, Birləşmiş Krallıq, Fransa, BƏƏ və Almaniyadır.