Azərbaycan Neft Fondunun aktivləri üzrə yeni proqnoz açıqlanıb - BVF

Azərbaycan Neft Fondunun aktivləri üzrə yeni proqnoz açıqlanıb - BVF

BİZNES
259

Fins.az - Beynəlxalq Valyuta Fondu (BVF) Azərbaycan Dövlət Neft Fondunun (SOFAZ) aktivləri üzrə yenilənmiş proqnozunu açıqlayıb və orta müddətli dövrdə onların sabit artım tendensiyasının davam edəcəyini bildirib.

Məlumata görə, SOFAZ-ın aktivləri 2023-cü ildə 56,07 milyard dollar, 2024-cü ildə 60,03 milyard dollar, 2025-ci ildə isə 73,54 milyard dollar təşkil edib.

BVF-nin proqnozlarına əsasən, 2026-cı ildə Neft Fondunun aktivləri artımını davam etdirərək təxminən 76,05 milyard dollara çatacaq. Sonrakı illərdə də müsbət dinamikanın qorunacağı gözlənilir: 2027-ci ildə 77,9 milyard dollar, 2028-ci ildə 79,17 milyard dollar, 2029-cu ildə 80,63 milyard dollar, 2030-cu ildə 82,3 milyard dollar və 2031-ci ildə 84,24 milyard dollar səviyyəsinə yüksəlməsi proqnozlaşdırılır.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycan Neft Fondunun aktivləri üzrə yeni proqnoz açıqlanıb - BVF — Fins.az — Fins.az