Azərbaycan və İtaliya aqrar sahədə əməkdaşlığı genişləndirir

Azərbaycan və İtaliya aqrar sahədə əməkdaşlığı genişləndirir

BİZNES
198

Azərbaycan və İtaliya arasında aqrar sahədə əlaqələr müzakirə olunub.

Fins.az Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, bu barədə müzakirələr Özbəkistanda səfərdə olan nazir Məcnun Məmmədovla İtaliyanın kənd təsərrüfatı, ərzaq suverenliyi və meşə təsərrüfatı naziri Françesko Lollobrigida və İtaliya Ticarət Agentliyinin prezidenti (ITA) Matteo Zoppas ilə görüşdə aparılıb.

Görüşlərdə aqrar sahədə əməkdaşlığın inkişaf etdirilməsi, kənd təsərrüfatı və qida məhsullarının ticarət dövriyyəsinin artırılması, iş adamları arasında əlaqələrin genişləndirilməsi, hər iki ölkədə təşkil edilən beynəlxalq sərgi və yarmarkalarda iş adamlarının iştirakının təşviq edilməsi, müasir texnologiyaların transferi, aqrar elmi-tədqiqat və aqrar təhsil sahəsində əməkdaşlıq məsələləri, o cümlədən şərabçılıq, heyvandarlıq və südçülük sahələrində əlaqələrin gücləndirilməsi və təcrübə mübadiləsinin genişləndirilməsi müzakirə olunub.

Tərəflər iki ölkə arasında kənd təsərrüfatı sahəsində gələcəkdə ikitərəfli əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsində, kənd təsərrüfatı və ərzaq məhsullarının ticarət dövriyyəsinin artırılmasında maraqlı olduqlarını ifadə ediblər. Görüşdə qarşılıqlı maraq doğuran məsələlər barədə geniş fikir mübadiləsi aparılıb.

Görüş çərçivəsində nazirliyin tabeliyindəki “Aqrar Tədarük və Təchizat” ASC (ATT) ilə İtaliyanın əsas fermer təşkilatı olan “Coldiretti”, eləcə də kənd təsərrüfatı və aqrar sənaye sahəsini özündə birləşdirən“Filiera Italia” Assosiasiyası ilə arasında əməkdaşlıq memorandumu imzalanıb. Anlaşma Memorandumunda aqrar sahədə gələcək əməkdaşlığın istiqamətləri öz əksini tapıb. Sənədə əsasən, tərəflər kənd təsərrüfatı və aqrar sənaye sektorunda məhsuldar, dayanıqlı və ixracyönümlü kənd təsərrüfatı iqtisadiyyatının qurulması sahəsində əməkdaşlığın genişləndirilməsi barədə razılığa gəliblər.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycan və İtaliya aqrar sahədə əməkdaşlığı genişləndirir — Fins.az — Fins.az