Azərbaycan iqtisadiyyatına nə qədər xarici investisiya qoyulub?-MƏBLƏĞ

Azərbaycan iqtisadiyyatına nə qədər xarici investisiya qoyulub?-MƏBLƏĞ

BİZNES
755

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 58,3%-ini və ya 1 145,7 mln. manatını təşkil edib.

Fins.az Dövlət Statistika Komitəsinə istinadən  xəbər verir ki, 2020-ci ilin yanvar-fevral aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 1 965,2 mln. manat vəsait yönəldilib. Sərf edilmiş vəsaitin 58,7%-ini bilavasitə tikinti-quraşdırma işlərinin dəyəri təşkil edib. Ümumi sərmayənin 68,3%-i məhsul istehsalı sahələrinə, 20,6%-i xidmət sahələrinə, 11,1%-i isə yaşayış evlərinin tikintisinə sərf olunub.

Hesabat dövründə investisiyaların 819,490 mln. manatı xarici mənbələrdən yönəldilib.

Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 65,3%, büdcə vəsaitləri 17,1%, əhalinin şəxsi vəsaitləri 7%, bank kreditləri 5,1%, sair vəsaitlər 3,1%, büdcədənkənar dövlət fondlarının vəsaitləri isə 2,4% təşkil edib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycan iqtisadiyyatına nə qədər xarici investisiya qoyulub?-MƏBLƏĞ — Fins.az — Fins.az