Azərbaycan investorları Gürcüstan iqtisadiyyatına böyük həcmdə sərmayə yatırıb

Azərbaycan investorları Gürcüstan iqtisadiyyatına böyük həcmdə sərmayə yatırıb

BİZNES
680

Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi 2020-2021-ci illərdə ölkə iqtisadiyyatına 225 milyon dollar birbaşa sərmayə yatırmağı planlaşdırır.

Bu sözləri müsahibəsində “Gürcüstanda istehsal et” Agentliyinin direktoru Mixail Xidureli deyib.

Onun sözlərinə görə, bu həcmdə sərmayənin cəlbi ölkədə 3500 yeni iş yerinin açılmasını təmin edəcək.

Direktor deyib ki, 2019-cu ildə investisiyaların cəlb olunması ilə bağlı strategiya təsdiqlənib. Agentliyin dəstəyi ilə ilə keçən il ölkədə 5 investisiya layihəsi hazırlanıb. Bu layihələr 83 milyon dollarlıq birbaşa sərmayənin cəlbini təmin edəcək.

“Agentlik bu layihələrin icrasında Azərbaycan iş adamları və investorları ilə sıx əməkdaşlıq edir. Əvvəlki illərdə Azərbaycan investorları Gürcüstan iqtisadiyyatının ayrı-ayrı sahələrinə böyük həcmdə sərmayə qoyub. Bu gün ölkənin müxtəlif bölgələrində Azərbaycan şirkətləri istehsal, sənaye, yol tikintisi və sair sahələrdə fəaliyyət göstərirlər. İnanırıq ki, Azərbaycan şirkətləri yeni proqrama da maraq göstərəcək, Gürcüstan iqtisadiyyatında Azərbaycan sərmayəsinin həcmi əsaslı surətdə artacaq”, - deyə M.Xidureli vurğulayıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycan investorları Gürcüstan iqtisadiyyatına böyük həcmdə sərmayə yatırıb — Fins.az — Fins.az