Azərbaycan Gürcüstana qaz ixracını artırıb

Azərbaycan Gürcüstana qaz ixracını artırıb

BİZNES
214

2026-cı ilin yanvar-mart aylarında Azərbaycandan Gürcüstana 95,7 milyon ABŞ dolları dəyərində 791 milyon kubmetr təbii qaz (qaz halında) ixrac edilib.

Fins.az Azərbaycanın Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 2,5 milyon ABŞ dolları və ya 2,7%, həcm baxımından isə 82,2 min kubmetr və ya 11,6% artım deməkdir.

Məlumata əsasən, Azərbaycan qaz ixracını əsasən Gürcüstan istiqamətində artırmağa davam edir və bu artım həm həcm, həm də gəlir baxımından qeydə alınıb.

Ümumilikdə, 2026-cı ilin yanvar-mart aylarında Azərbaycandan 8 ölkəyə 1,883 milyard ABŞ dolları dəyərində 6,257 milyard kubmetr təbii qaz ixrac edilib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 322,4 milyon ABŞ dolları və ya 14,6% azalma, həcm baxımından isə 357,9 milyon kubmetr və ya 6,1% artım deməkdir.

Eyni zamanda, 2026-cı ilin ilk rübündə Azərbaycan yalnız bir ölkədən – İran İslam Respublikasından 9,041 milyon ABŞ dolları dəyərində 134,3 milyon kubmetr təbii qaz idxal edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 13,4 milyon ABŞ dolları və ya 2,5 dəfə, həcm baxımından isə 11,3 milyon kubmetr və ya 7,8% azalma deməkdir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycan Gürcüstana qaz ixracını artırıb — Fins.az — Fins.az