Azərbaycan Ermənistana 974 ton dizel yanacağı ixrac edib

Azərbaycan Ermənistana 974 ton dizel yanacağı ixrac edib

BİZNES
272

Azərbaycandan Ermənistana dizel yanacağının tədarükü həyata keçirilib. Yük daşımaları “Azərbaycan Dəmir Yolları” QSC vasitəsilə təşkil olunub.

Fins.az xəbər verir ki, ümumilikdə 974 ton dizel yanacağı yüklənmiş 16 vaqondan ibarət qatar Biləcəri stansiyasından Böyük Kəsik stansiyası istiqamətində yola salınıb.

Məlumata əsasən, yük qatarı Gürcüstan ərazisindən tranzit keçməklə Ermənistana çatdırılacaq.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycan Ermənistana 974 ton dizel yanacağı ixrac edib — Fins.az — Fins.az