Azərbaycan enerji sistemini şaxələndirmə mərhələsinə daxil olur – Elnur Soltanov

Azərbaycan enerji sistemini şaxələndirmə mərhələsinə daxil olur – Elnur Soltanov

BİZNES
186

Fins.az - Azərbaycan bərpa olunan enerji mənbələrinin inkişafı hesabına enerji sektorunda yeni mərhələyə keçir. Energetika nazirinin müavini Elnur Soltanov bildirib ki, ölkədə günəş və külək enerjisinin payının artması nəticəsində təxminən 1,5 milyard kubmetr təbii qaz elektrik enerjisi istehsalından azad edilərək ixrac üçün istifadə oluna bilər.

Nazir müavini qeyd edib ki, əvvəllər Azərbaycanda elektrik enerjisinin təxminən 95 faizi təbii qaz hesabına istehsal olunurdu. Hazırda isə bərpa olunan enerji layihələrinin genişləndirilməsi bu asılılığı azaldır və enerji sisteminin şaxələndirilməsinə imkan yaradır.

Onun sözlərinə görə, Azərbaycan “Masdar” şirkəti ilə əməkdaşlıq çərçivəsində 2027-ci ilə qədər bərpa olunan enerji gücünü 2 qiqavata çatdırmağı hədəfləyir. Eyni zamanda Mingəçevir energetika qovşağında aparılan modernləşdirmə işləri generasiya səmərəliliyini artırır.

Soltanov bildirib ki, enerji sisteminin yenilənməsi nəticəsində əldə ediləcək ümumi effekt böyük həcmdə qazın ixrac potensialına çevrilməsinə imkan verəcək və bu göstərici bir iri qaz yatağının hasilatına bərabər ola bilər.

Eyni zamanda, bərpa olunan enerjinin şəbəkəyə inteqrasiyası üçün elektrik ötürücü infrastrukturun modernləşdirilməsinə təxminən 500 milyon dollar investisiya tələb olunduğu qeyd edilib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycan enerji sistemini şaxələndirmə mərhələsinə daxil olur – Elnur Soltanov — Fins.az — Fins.az