Azərbaycan Dövlət Neft Şirkəti yeni şirkət təsis edib

Azərbaycan Dövlət Neft Şirkəti yeni şirkət təsis edib

BİZNES
633

Finss.az - Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) nizamnamə kapitalı 10 min manat olan yeni bir şirkət təsis edib.

“SOCAR Development and Production İnternational” MMC adı altında yaradılan bu şirkət, 26 fevral 2025-ci il tarixində Dövlət Vergi Xidməti tərəfindən dövlət qeydiyyatına alınıb.

Yeni şirkət Bakı şəhəri Nərimanov rayonunda yerləşən SOCAR Towers-də, Heydər Əliyev prospekti, ev 121-də fəaliyyət göstərəcək. Şirkətin direktoru olaraq Emin Babaxan Cəmaləddin oğlu təyin edilib.

SOCAR-ın bu yeni təşəbbüsü, həm yerli, həm də beynəlxalq miqyasda enerji sahəsindəki fəaliyyətlərini genişləndirmək və inkişaf etdirmək məqsədi güdür.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycan Dövlət Neft Şirkəti yeni şirkət təsis edib — Fins.az — Fins.az