Azərbaycan və Avropa İttifaqı enerji sahəsində strateji tərəfdaşlıq qurur - Pərviz Şahbazov

Azərbaycan və Avropa İttifaqı enerji sahəsində strateji tərəfdaşlıq qurur - Pərviz Şahbazov

BİZNES
539

Azərbaycan Avropanın etibarlı qaz təchizatçısı kimi çıxış edir və gələcək əməkdaşlığın genişləndirilməsi perspektivləri mövcuddur.

Fins.az xəbər verir ki, energetika naziri Pərviz Şahbazov Bakıda keçirilən Cənub Qaz Dəhlizi və Yaşıl Enerji Məşvərət Şuralarının iclasları çərçivəsindəki mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Azərbaycan və Avropa İttifaqı enerji sahəsində strateji tərəfdaşlıq çərçivəsində sıx əməkdaşlıq edir. Bu əməkdaşlıq Cənub Qaz Dəhlizi layihələri, “yaşıl enerji” təşəbbüsləri, enerji səmərəliliyi və karbon emissiyalarının azaldılması sahələrini əhatə edir.

Nazir qeyd edib ki, Azərbaycan uzun illərdir Avropaya təbii qaz tədarükünü təmin edir və son dövrlərdə Avropada enerji təhlükəsizliyi məsələlərinin həllində bu tədarük xüsusi əhəmiyyət daşıyır. O əlavə edib ki, əməkdaşlığın növbəti mərhələdə daha da genişləndirilməsi planlaşdırılır.

P.Şahbazov həmçinin bildirib ki, “yaşıl enerji” layihələrinin inkişafı və elektrik enerjisi dəhlizlərinin qurulması Avropa tərəfdaşları üçün böyük maraq kəsb edir. İnterkonnektorlar Azərbaycanı Avropa, Mərkəzi Asiya və gələcəkdə Yaxın Şərqlə enerji bağlantılarına birləşdirir və bu istiqamətdə layihələr Aİ ilə koordinasiya olunur.

Energetika naziri vurğulayıb ki, Cənub Qaz Dəhlizinə qoyulan investisiyalar artıq özünü doğruldur və layihənin genişləndirilməsi üzrə Avropa İttifaqı ilə dialoq davam etdirilir. Bu layihə strateji xarakter daşıyır, ölkəyə əhəmiyyətli həcmdə gəlir gətirir və gələcəkdə daha da genişləndirilməsi nəzərdə tutulur.

Fuad Mədətov
Fins.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycan və Avropa İttifaqı enerji sahəsində strateji tərəfdaşlıq qurur - Pərviz Şahbazov — Fins.az — Fins.az