Azərbaycan Almaniya şirkətlərinə Ələt Azad İqtisadi Zonasının imkanlarından yararlanmağı təklif edir

Azərbaycan Almaniya şirkətlərinə Ələt Azad İqtisadi Zonasının imkanlarından yararlanmağı təklif edir

BİZNES
1,103

Azərbaycan Almaniyada Ələt Azad İqtisadi Zonasında yaradılan imkanların təqdimatını keçirib.

"Fins.az" xəbər verir ki, Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov sentyabrın 26-29-da Almaniyada səfərdə olub. Səfər çərçivəsində Almaniyanın bir sıra şirkətlərinin, o cümlədən “SAP” və “Siemens Mobility” şirkətlərinin nümayəndələri ilə görüşlər keçirilib.

Həmçinin Almaniyanın Federal İqtisadi İnkişaf və Xarici Ticarət Assosiasiyasında, səfirliyin tabeliyindəki Azərbaycan Mədəniyyət Mərkəzində və “MÜSİAD Berlin”də (Müstəqil Sənayeçi və İş Adamları Dərnəyi) Ələt Azad İqtisadi Zonasının imkanlarının təqdimatı keçirilib.

Təqdimat və görüşlərdə Ələt Azad İqtisadi Zonasının imkanları, təqdim edilən şərait, fiskal və qeyri-fiskal imtiyazlar, logistika və nəqliyyat infrastrukturu və s. haqqında hərtərəfli məlumat verilib.

Valeh Ələsgərov Almaniya şirkətlərini Ələt Azad İqtisadi Zonasında yaradılmış əlverişli şəraitdən yararlanmağa dəvət edib.

Prezident İlham Əliyev 2021-ci il iyulun 1-də Ələt Azad İqtisadi Zonasının təməlqoyma mərasimində iştirak edib. Ələt Azad İqtisadi Zonasının ümumi sahəsi 910 hektardır

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycan Almaniya şirkətlərinə Ələt Azad İqtisadi Zonasının imkanlarından yararlanmağı təklif edir — Fins.az — Fins.az