Avrozonada sənaye PMI göstəricisi son 45 ayın maksimumuna yüksəlib

Avrozonada sənaye PMI göstəricisi son 45 ayın maksimumuna yüksəlib

BİZNES
340

Fins.az - Avrozonada emal sənayesi üzrə PMI indeksi mart ayında 51,4 bəndə yüksələrək son 45 ayın ən yüksək səviyyəsinə çatıb. Bu göstərici fevral ayında qeydə alınan 50,8 bənddən daha yüksəkdir və analitiklərin gözləntilərini üstələyib.

Qeyd edək ki, 50 bəndlik səviyyə iqtisadi aktivliyin artımı ilə azalması arasında sərhəd hesab olunur. Mart ayında yeni sifarişlərin artması davam edib, eyni zamanda sənaye müəssisələrinin alış aktivliyi 44 aylıq azalmadan sonra yenidən yüksəlişə keçib.

Bununla yanaşı, tədarük müddətləri də uzanıb və bu, əsasən Yaxın Şərqdəki gərginliklə əlaqələndirilir.

Xidmət sektorunda isə əks tendensiya müşahidə olunub. Bu sahə üzrə PMI indeksi mart ayında 50,1 bəndə enərək ötən ilin may ayından bəri ən aşağı səviyyəyə düşüb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Avrozonada sənaye PMI göstəricisi son 45 ayın maksimumuna yüksəlib — Fins.az — Fins.az