
Avrozonada inflyasiya 2,6%-ə yüksəlib
Fins.az - Avrozonada inflyasiya mart ayında 2,6%-ə yüksəlib.
Məlumata görə, qiymət artımı əsasən Yaxın Şərqdəki münaqişə fonunda enerji daşıyıcılarının bahalaşması ilə bağlıdır.
Beləliklə, inflyasiya 2026-cı ilin əvvəlindən bəri ilk dəfə Avropa Mərkəzi Bankının (AMB) müəyyən etdiyi 2%-lik hədəfi keçib.
Ekspertlər yaxın dövrdə AMB-nin faiz dərəcələrini daha iki dəfə artıracağını istisna etmirlər.