Avropa Yenidənqurma və İnkişaf Bankının Avrasiyada infrastruktur üzrə direktoru ilə görüş keçirilib - FOTO

Avropa Yenidənqurma və İnkişaf Bankının Avrasiyada infrastruktur üzrə direktoru ilə görüş keçirilib - FOTO

BİZNES
1,092

Avropa Yenidənqurma və İnkişaf Bankının Avrasiyada infrastruktur üzrə direktoru Ekaterina Miroşnik ilə görüşdə Bankın ölkəmizdə həyata keçirilən dövlət-özəl sektor tərəfdaşlığı və infrastruktur layihələrində iştirakına dair müzakirə aparılıb.

Fins.az xəbər verir ki, İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Avropa Yenidənqurma və İnkişaf Bankının Özbəkistanın Səmərqənd şəhərində keçirilən Rəhbərlər Şurasının 32-ci İllik Toplantısı çərçivəsində Bankın Avrasiyada infrastruktur üzrə direktoru Ekaterina Miroşnik ilə görüşüb.

Görüşdə Azərbaycanın Bankla uğurlu əməkdaşlığı vurğulanıb, ölkəmizin sosial-iqtisadi inkişaf prioritetləri, həyata keçirilən infrastruktur layihələri barədə məlumat verilib, qarşıya qoyulmuş hədəflərin reallaşdırılması istiqamətində tərəfdaşlıq potensialı diqqətə çatdırılıb.

Tərəflər əməkdaşlığın genişləndirilməsi istiqamətləri, həmçinin, Bankın ölkəmizdə həyata keçirilən dövlət-özəl sektor tərəfdaşlığı və infrastruktur layihələrində iştirakını müzakirə ediblər.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Avropa Yenidənqurma və İnkişaf Bankının Avrasiyada infrastruktur üzrə direktoru ilə görüş keçirilib - FOTO — Fins.az — Fins.az