ASCO-nun gəmiləri TAPI qaz kəməri layihəsi üçün 11 700 borunun daşınmasına başlayıb

ASCO-nun gəmiləri TAPI qaz kəməri layihəsi üçün 11 700 borunun daşınmasına başlayıb

BİZNES
386

AZCON Holding şirkətlərindən olan ASCO-nun gəmiləri vasitəsilə TAPI (Türkmənistan–Əfqanıstan–Pakistan–Hindistan) qaz kəməri layihəsi üzrə tikinti işləri üçün nəzərdə tutulan boruların daşınmasına başlanılıb.

Fins.az xəbər verir ki, bu barədə ASCO-dan məlumat verilib.

Daşımalar Bakı limanından Türkmənbaşı limanına həyata keçirilir. Prosesdə ASCO-nun “Natavan”, “Rəsul Rza”, “Qaradağ”, “Teymur Əhmədov” və “Maestro Niyazi” universal quru yük gəmiləri iştirak edir.

İlin sonunadək sözügedən gəmilər vasitəsilə ümumilikdə 11 700 ədəd borunun təyinat məntəqəsinə çatdırılması planlaşdırılır.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
ASCO-nun gəmiləri TAPI qaz kəməri layihəsi üçün 11 700 borunun daşınmasına başlayıb — Fins.az — Fins.az