“ASAN ödəniş” sistemi vasitəsilə 1,4 milyon ödəniş həyata keçirilib

“ASAN ödəniş” sistemi vasitəsilə 1,4 milyon ödəniş həyata keçirilib

BİZNES
456

Ötən il “ASAN Login” sistemindən istifadə sayı 14 milyon 105 min 889 olub.

Fins.az xəbər verir,ki,istifadəçi sayı isə 1 milyon 192 min 182 nəfərə çatıb. Sistemdən ümumi istifadə sayı 16 milyon 214 min 815, ümumi istifadəçi sayı isə 1 milyon 741 min 655-dir.

Bunu Elektron Hökumətin İnkişafı Mərkəzinin direktoru Fariz Cəfərov deyib.

F.Cəfərov, həmçinin bildirib: “Ötən il elektron hökumət portalının - eGov.az-ın xidmətlərindən istifadə sayı 38 milyon, istifadəçi sayı isə 1 milyon 270 min olub”.

“ASAN ödəniş” sistemi haqqında məlumat verən mərkəzin direktoru bildirib ki, ötən il sistem vasitəsilə 1,4 milyon ödəniş həyata keçirilib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
“ASAN ödəniş” sistemi vasitəsilə 1,4 milyon ödəniş həyata keçirilib — Fins.az — Fins.az