ARDNF-də toplanmış aktivlər xarici şoklara qarşı qoruyucu rol oynayacaq -S&P

ARDNF-də toplanmış aktivlər xarici şoklara qarşı qoruyucu rol oynayacaq -S&P

BİZNES
149

Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) aktivləri 2029-cu ilə qədər ölkənin ümumi xarici borcunu üstələyəcəkxalis beynəlxalq investisiya mövqeyi ÜDM-in təxminən 76 faizini təşkil edəcək.

Finss.az “S&P Global Ratings” agentliyinin məlumatına əsasən xəbər verir ki, Azərbaycanın xarici balansı onun kredit dayanıqlığının əsas amillərindən biridir, bu da ARDNF-də toplanmış əhəmiyyətli valyuta aktivləri ilə dəstəklənir. Bu ehtiyatlar xarici şoklara qarşı qoruyucu rol oynayır. Likvid xarici aktivlərin həcmi ölkənin xarici borcu səviyyəsindən ən azı 2028-ci ilin sonuna qədər yüksək qalacaq.

Agentlik qeyd edir ki, cari hesab 2025–2028-ci illərdə ÜDM-in orta hesabla 3%-i səviyyəsində qalacaq və 2028-ci ildə hidrokarbon hasilatının sabitləşməsi və investisiya tələblərinin artması fonunda kiçik kəsirə keçəcək. Həmçinin, 2026-cı il büdcə müzakirələri mərkəzləşdirilmiş büdcənin ÜDM-ə nisbətdə təxminən 2,3% kəsrə hədəfləndiyini göstərir.

“S&P” əlavə edir ki, neft qiymətləri üzrə baza proqnozu 2026-cı ildə barrelinə 60 dollar, 2027–2028-ci illərdə isə 65 dollar səviyyəsindədir. Bu isə gəlirlərin azalması baxımından müəyyən risklər yaradır. Bununla belə, 2025–2028-ci illərdə dövlət sektorunun konsolidə olunmuş fiskal mövqeyi profisitli qalacaq və orta göstərici ÜDM-in 1%-i səviyyəsində kəsirə uyğun olacaq. Orta müddətli büdcə çərçivəsi 2029-cu ilə qədər davamlı dövlət büdcəsi kəsirləri nəzərdə tutsa da, tarixən bu proqnozlar aşağı xərc icrası və ARDNF vəsaitlərinin davamlı toplanması fonunda konservativ olub.

Fuad Mədətov
Finss.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
ARDNF-də toplanmış aktivlər xarici şoklara qarşı qoruyucu rol oynayacaq -S&P — Fins.az — Fins.az