"Apple" şirkətinin qiymətli kağızlarının dəyəri 40% artıb

"Apple" şirkətinin qiymətli kağızlarının dəyəri 40% artıb

BİZNES
525

Amerikanın “Apple” şirkətinin səhmlərinin dəyəri virtual reallıq qulaqlıqlarının qarşıdan gələn təqdimatı fonunda bazar ertəsi ticarət sessiyasında yeni tarixi maksimuma çatıb.

Fins.az xəbər verir ki, Nyu-York Fond Birjasının məlumatına əsasən, şirkətin səhmləri artıq 3.24$ (1.79%) bahalaşaraq 184.19$ səviyyəsinə yüksəlib. Bundan əvvəlki rekord 2022-ci ilin yanvarında qeydə alınıb. İlin əvvəlindən "Apple" şirkətinin qiymətli kağızlarının dəyəri 40% artıb.

Bazar ertəsi "Apple"-ın virtual və əlavə reallıq qulaqlıqlarını təqdim edəcəyi gözlənilir. Bu, 2014-cü ildə "Apple Watch"-un satışa çıxarılmasından sonra şirkətin ilk yeni məhsuludur.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
"Apple" şirkətinin qiymətli kağızlarının dəyəri 40% artıb — Fins.az — Fins.az