
"Anglo Asian Mining" Azərbaycanda qızıl satışlarını açıqlayıb
“Anglo Asian Mining” şirkəti 2025-ci ildə Azərbaycan hökumətinin payı nəzərə alınmadan ümumilikdə 19 631 unsiya qızıl satışı həyata keçirib.
Fins.az şirkətə istinadən xəbər verir ki, il ərzində qızıl satışlarının rüblük dinamikası sabit dalğalanmalarla müşahidə olunub. Belə ki, 2025-ci il martın 31-də başa çatan birinci rübdə satış həcmi 4 753 unsiya, ikinci rübdə 5 028 unsiya, üçüncü rübdə 5 181 unsiya təşkil edib, dördüncü rübdə isə göstərici azalaraq 4 669 unsiyaya enib.
Məlumata görə, 2025-ci ildə qızılın orta satış qiyməti hər unsiya üçün 3 411 ABŞ dolları olub. Rüblər üzrə qiymət dinamikasında isə əhəmiyyətli dəyişkənlik qeydə alınıb. Birinci rübdə 2 843 dollar olan qiymət ikinci rübdə 3 299 dollara, üçüncü rübdə 3 430 dollara yüksəlib, ilin son rübündə isə kəskin artaraq 4 214 dollara çatıb.
Eyni zamanda, 2025-ci ildə dore ərintisindən istehsal olunan qızıl külçələrinin ümumi həcmi 22 329 unsiya təşkil edib. Rüblər üzrə istehsal göstəriciləri isə birinci rübdə 5 758 unsiya, ikinci rübdə 5 624 unsiya, üçüncü rübdə 5 814 unsiya, dördüncü rübdə isə 5 133 unsiya olub.