Albaniya TAP vasitəsilə Avropaya qaz tədarükündə strateji mövqedədir

Albaniya TAP vasitəsilə Avropaya qaz tədarükündə strateji mövqedədir

BİZNES
423

Albaniya Transadriatik Qaz Kəməri (TAP) vasitəsilə Avropaya qaz tədarükünə çıxış imkanını əlverişli mövqe kimi qiymətləndirir.

Fins.az xəbər verir ki, bunu Erlind Sulo Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası iclasında bildirib. O vurğulayıb ki, bu layihə ölkə daxilində enerji təminatını gücləndirir, elektrik enerjisindən tək mənbə kimi asılılığı azaldır və ev təsərrüfatları, biznes və sənaye üçün enerjini daha əlçatan və sərfəli edir.

Sulo Albaniyanın iki paralel layihə üzrə çalışdığını qeyd edib: “Birincisi, ‘Vlora’ İstilik Elektrik Stansiyasının yenidən canlandırılması və onun TAP çıxış nöqtəsi və LNG üzən terminalına birləşdirən boru kəməri ilə inteqrasiyasıdır. İkincisi, Korça şəhərinin qazlaşdırılmasıdır”.

Qeyd edək ki, Türkiyə və Avropaya qaz tədarükünü təmin edən Cənub Qaz Dəhlizi dörd əsas komponentdən ibarətdir: “Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsi, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi (SCPX), Transanadolu Qaz Boru Kəməri (TANAP) və Transadriatik Qaz Boru Kəməri (TAP).

Bu günə qədər TAP vasitəsilə 56 milyard kubmetr qaz nəql olunub. Cari ilin yanvar ayında isə boru kəməri illik 1,2 milyard kubmetr həcmində ilk genişləndirmə prosesindən keçib ki, 2026-cı ildən Avropa bazarına əlavə qaz tədarükünü təmin edəcək.

Fuad Mədətov
Fins.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Albaniya TAP vasitəsilə Avropaya qaz tədarükündə strateji mövqedədir — Fins.az — Fins.az