Aktau–Bakı fider xətti üzrə daşınan konteynerlərin sayı AÇIQLANIB

Aktau–Bakı fider xətti üzrə daşınan konteynerlərin sayı AÇIQLANIB

BİZNES
527

Qazaxıstanın Aktau və Kurık dəniz limanları vasitəsilə cari ilin 8 ayı ərzində 3,8 milyon tondan çox yük daşınıb. Artım yük nəqliyyat vasitələrinin və konteynerlərin yenidən yüklənmə həcmləri baxımından qeyd olunur.

Fins.az xəbər verir ki, Qazaxıstanın Sənaye və İnfrastruktur İnkişaf Nazirliyinin yayımladığı  məlumata görə hesabat dövründə yerli ticarət donanması tərəfindən Xəzəryanı ölkələrin limanlari arasında 1,5 milyon ton yük daşınıb. O cümlədən bu dövrdə Aktau–Bakı fider xətti üzrə 9 minə yaxın konteyner daşınıb.

Bundan başqa, daxili yük daşımalarının həcmi təxminən 1,3 milyon ton təşkil edib ki, bunun da 200 min tonu Rusiya istiqamətində daşımaların payına düşüb.

 

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Aktau–Bakı fider xətti üzrə daşınan konteynerlərin sayı AÇIQLANIB — Fins.az — Fins.az