
"Akkord"-un sahibləri toplantı keçiriləcək
22 iyun 2020-ci il tarixində “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcəkdir.
Fins.az ASC-nin elanına istinadən xəbər verir ki, gündəlikdəki məsələlər - “Ümumi yığıncağın gündəliyinin təsdiq edilməsi”, “Cəmiyyətin illik hesabatının təsdiq edilməsi” və “Cari məsələlər”dir.
Yığıncaq Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsi 1937-ci məhəllədə, cəmiyyətin inzibati binasında keçiriləcəkdir.
Həmçinin 22 iyun 2020-ci il tarixində eyni ünvanda “Akkord AN” ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcəkdir. Yığıncaqda Cəmiyyətin illik hesabatının təsdiq edilməsinə və cari məsələlərə baxılacaqdır.