AGSC Azərbaycanın enerji təhlükəsizliyinə töhfəsini artırır

AGSC Azərbaycanın enerji təhlükəsizliyinə töhfəsini artırır

BİZNES
456

Azerbaijan Gas Supply Company Limited Azərbaycanın enerji təhlükəsizliyinə verdiyi töhfəni artırmaq və bütün bazarlarda etibarlı fəaliyyətini təmin etmək niyyətindədir.

Fins.az xəbər verir ki, bunu AGSC baş direktoru Lidiya Salahova Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası nazirlərinin iclasında çıxışı zamanı bildirib. O qeyd edib ki, Avropanın enerji bazarında sürətli tənzimləmə dəyişiklikləri şirkətlərdən daha sərt standartlara uyğunlaşmağı tələb edir.

Salahova vurğulayıb ki, AGSC bütün tələblərə ciddi yanaşır, riskləri effektiv idarə edir və bazara yaxın zamanda daxil olmasına baxmayaraq fəaliyyətinin əsasını tənzimləyici tələblərə uyğun qurub.

O əlavə edib: “Gələcəkdə Azərbaycanın regional və Avropa enerji təhlükəsizliyinə töhfəsini daha da gücləndirməyə, kommersiya imkanlarımızı optimallaşdırmağa və AGSC-nin xidmət göstərdiyi bütün bazarlarda etibarlı, nəticəyönümlü təchizatçı kimi qalmasını təmin etməyə sadiqik. Cənub Qaz Dəhlizinin yüksək səmərəliliyi isə yeni bazar imkanları və artım perspektivləri yaradır.”

Fuad Mədətov
Fins.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
AGSC Azərbaycanın enerji təhlükəsizliyinə töhfəsini artırır — Fins.az — Fins.az