ADB Azərbaycanda 145 layihəyə 5,5 milyard dollar maliyyə ayırıb

ADB Azərbaycanda 145 layihəyə 5,5 milyard dollar maliyyə ayırıb

BİZNES
249

Fins.az - Asiya İnkişaf Bankı (ADB) Azərbaycanda ümumi dəyəri təxminən 5,5 milyard dollar olan 145 layihəni maliyyələşdirib.

Məlumata görə, maliyyə naziri Sahil Babayev bankın nümayəndə heyəti ilə görüş keçirib. Görüşdə tərəflər arasında əməkdaşlığın genişləndirilməsi perspektivləri, eləcə də hazırda icra olunan və gələcəkdə planlaşdırılan layihələr müzakirə olunub.

Nazir bildirib ki, Azərbaycan ADB ilə tərəfdaşlığa böyük önəm verir və bu əməkdaşlıq ölkənin davamlı sosial-iqtisadi inkişafında mühüm rol oynayır.

2025–2029-cu illəri əhatə edən ölkə üzrə tərəfdaşlıq strategiyası çərçivəsində əsas istiqamətlərə iqtisadiyyatın şaxələndirilməsi, “yaşıl” inkişaf, özəl sektorun dəstəklənməsi, biznesin maliyyəyə çıxışının genişləndirilməsi və infrastrukturun inkişafı daxildir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
ADB Azərbaycanda 145 layihəyə 5,5 milyard dollar maliyyə ayırıb — Fins.az — Fins.az