AÇG-də MOL Group-un əsaslı xərcləri artıb

AÇG-də MOL Group-un əsaslı xərcləri artıb

BİZNES
335

Macarıstanın MOL Group şirkətinin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” (AÇG) neft yataqları blokunun işlənməsinə yönəltdiyi əsaslı xərclər 2026-cı ilin birinci rübündə əhəmiyyətli artım göstərib.

Fins.az şirkətin məlumatına əsasən xəbər verir ki, MOL Group-un AÇG üzrə əsaslı xərcləri 2026-cı ilin I rübündə 32,4 milyon dollar təşkil edib. Müqayisə üçün, 2025-ci ilin eyni dövründə bu göstərici 19,4 milyon dollar olub.

Beləliklə, AÇG layihəsinə yönəldilən əsaslı xərclər illik ifadədə 1,7 dəfə artıb.

Eyni dövrdə geoloji kəşfiyyat xərclərində azalma qeydə alınıb. 2026-cı ilin birinci rübündə bu istiqamətdə xərclər 1,2 milyon dollar təşkil edib. 2025-ci ilin müvafiq dövründə isə bu rəqəm 3,6 milyon dollar olub.

Ümumilikdə, 2026-cı ilin birinci rübündə “Azəri-Çıraq-Günəşli” layihəsi üzrə konsorsium tərəfindən əməliyyat xərclərinə təxminən 134 milyon dollar, əsaslı xərclərə isə təxminən 363 milyon dollar yönəldilib.

Müqayisə üçün, 2025-ci ilin I rübündə AÇG üzrə əməliyyat xərcləri 115 milyon dollar, kapital xərcləri isə 251 milyon dollar təşkil edib. Nəticədə, əməliyyat xərcləri 16,5%, kapital xərcləri isə 44,6% artım göstərib.

bp operatorluğu ilə həyata keçirilən AÇG layihəsində iştirak payları belədir: bp (30,37%), SOCAR (35,30%), MOL Group (9,57%), INPEX (9,31%), ExxonMobil (6,79%), TPAO (5,73%) və ONGC Videsh (2,92%).

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
AÇG-də MOL Group-un əsaslı xərcləri artıb — Fins.az — Fins.az