
Abunə yazılışı ELAN
"GL" Açıq Səhmdar Cəmiyyətinin hər birinin nominal dəyəri 2005 (iki min beş) manat olan 25 (iyirmi beş) ədəd adi, adlı, sənədsiz yeni səhm emissiyasının anderrayteri “AzFinance İnvestisiya Şirkəti” QSC-dir.
Fins.az bildirir ki, səhmlərin yerləşdirilməsi, kütləvi təklif üsulu ilə, abunə yazılışı formasında "Bakı Fond Birjası"nda (BFB) həyata keçiriləcək.
Abunə yazılışına bu gündən başlanılır və mayın 7-nə qədər davam edəcək.
Abunə yazılışı başa çatdıqdan sonra 2 (iki) iş günü ərzində səhmlərin yerləşdirilməsinin başlanma tarixi elan edilir və abunə yazılmış şəxslərə bu barədə bildiriş göndərilir. Səhmlərin yerləşdirilməsinə Emitent tərəfindən elanda qeyd edilmiş tarixdə başlanılacaq və 4 iş günü ərzində başa çatdırılacaq.
Kütləvi təklif olunan səhmlərin yerləşdirilməsi aşağıdakı ardıcıllıqla həyata keçiriləcək:
• İlk 2 iş günü ərzində üstünlük hüququna malik olan səhmdarlar arasında səhmlərin yerləşdirilməsi;
• Digər investorlara səhmlərin yerləşdirilməsi.