
Abşeronda 1008 ailəlik yeni yaşayış məhəlləsi tikiləcək
Sumqayıt şəhərində yataqxanalarda müvəqqəti məskunlaşmış məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün Abşeron rayonu ərazisində zəruri sosial-texniki infrastrukturu olan 1008 ailəlik yeni yaşayış məhəlləsi tikiləcək.
"Marja" xəbər verir ki, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu (MKSİF) Abşeron rayonunda yaşayış kompleksinin layihələndirilməsini “Arxin-M Ltd” MMC şirkətinə tapşırıb. Fond və Şirkət arasında bağlanılmış müqavilənin məbləği 528 min 11 manatdır.
