
ABŞ-da yanvarda gəlirlər proqnozdan zəif, xərclər isə daha güclü artıb
Fins.az - ABŞ-da əhalinin gəlirləri yanvar ayında əvvəlki ayla müqayisədə 0,4% artıb. Eyni dövrdə amerikalıların xərcləri də 0,4% yüksəlib.
Analitiklər gəlirlərin 0,5%, xərclərin isə 0,3% artacağını proqnozlaşdırırdılar. Ötən ilin dekabr ayında xərclər 0,4%, gəlirlər isə 0,3% artmışdı.
İstehlak xərcləri indeksi (PCE) yanvarda aylıq müqayisədə 0,3%, illik ifadədə isə 2,8% artıb. Dekabr ayında bu göstərici aylıq 0,4%, illik isə 2,9% təşkil etmişdi.
Qida və enerji qiymətlərini nəzərə almayan PCE Core indeksi isə aylıq 0,4%, illik müqayisədə 3,1% artaraq 2024-cü ilin martından bəri ən yüksək səviyyəyə çatıb.