ABŞ-ın xarici ticarət defisiti fevralda 4,9% artıb, proqnozdan zəif

ABŞ-ın xarici ticarət defisiti fevralda 4,9% artıb, proqnozdan zəif

BİZNES
255

Fins.az - ABŞ-da fevral ayında xarici ticarət balansının defisiti əvvəlki aya nisbətən 4,9% artaraq 57,3 mlrd ABŞ dolları təşkil edib. Yanvar üçün təkmilləşdirilmiş məlumatlara görə, defisit 54,7 mlrd dollar olub.

Fevralda ixrac 12,6 mlrd dollar (4,2%) artaraq 314,8 mlrd dollara çatıb. Malların ixracı 11,5 mlrd dollar artaraq 206,9 mlrd dollar, xidmətlərin ixracı isə 1,1 mlrd dollar artaraq 107,9 mlrd dollar olub. Defisit analitiklərin orta proqnozu olan 59,2 mlrd dollardan aşağıdır.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
ABŞ-ın xarici ticarət defisiti fevralda 4,9% artıb, proqnozdan zəif — Fins.az — Fins.az